Qubada toy məclisindən sonra qətl törədən şəxsə hökm oxunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Marif Alxazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Alxazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən şəxs Vətən Əhmədovdur. Hadisə Quba rayonunda toy məclisindən sonra baş verib. Tərəflər toy məclisindən əvvəl mübahisə ediblər.

Daha sonra M.Alxazov onu qətlə yetirib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14