Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb

Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Növbətçi hissəsinə şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19