Quba. 1 fevral REPORT.AZ/ Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, yanvarın 31-də qanunsuz ov etdiyinə görə Quba rayonu, 2-ci Nügədi kənd sakini Firudin Həbibov rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan zaman həmin şəxsdən 1 ədəd “Tula” markalı ov tüfəngi və 5 ədəd patron, habelə ovladığı 2 ədəd çöl göyərçini götürülüb.
Faktla bağlı araşdırma aparılır.