Qubada oğul atasını güllələyib

Bakı. 21 noyabr. REPORT.AZ/ Quba rayonunda oğul atasını güllələyib.

“Report”un xəbərinə görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48