Qubada maşın piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Quba. 28 dekabr. REPORT.AZ/ Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zaçmanı ölən şəxsin adı məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, "VAZ-2107" markalı avtomobil  rayon sakini, 1967-ci il təvəllüdlü Nadir Əkbər oğlu Kərimovu vurub.

Faktla bağlı araşdırma aparılır.


***22:48

Quba. 28 dekabr. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba şəhəri, H.Əliyev prospektində baş verib. 

Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb. Ölən şəxsin kimliyi dəqiqləşdirlir. 



Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41