Qubada kol-kos və örüş sahəsi yanıb - FOTO

Quba rayonunun Çiçi və Tüləkəran kəndlərində kol-kos və bələdiyyə fonduna aid örüş sahəsi yanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, yanğın ümumilikdə 2.5 ha ərazini əhatə edib.

Əraziyə Quba rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun meşə sahəsinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45