Quba rayonunda kişi meyiti tapılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Natiq adlı şəxsin meyiti aşkarlanıb.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, o, ruhi əsəb xəstəliyindən əziyyət çəkirdi.
Meyiti tapılan şəxsin 2 övladı var.
Faktla bağlı araşdırma aparılır.