Qubada keçmiş məhkum avtomobil oğurlayıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Quba Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Ə.Məmmədov noyabrın 19-da saat 8 radələrində evinin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş B.Bağırov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.