Qubada baş verən yanğın nəticəsində ev sakini və orada kirayədə yaşayan qadın xəsarət alıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zərqova kəndində qeydə alınıb.
Tərlan Şirzad oğlu Əhmədova məxsus 2 mərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.
Yanğın zamanı ev sahibi T.Əhmədov və orada kirayənişin yaşayan Cəfərova Könül Mirdamət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Hadisə zamanı Könül Cəfərovanın iki diplomu və digər sənədləri yanıb. Qeyd edək ki, o Təhsil Nazirliyi tərəfindən təyinatla həmin kənddə müəllim vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.