Quba sakini əmisi oğlunu avtomobillə vurduqdan sonra bıçaqlayıb

Quba rayonunun Qaraçay kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Elçin Natiq oğlu əmisi oğlu olan 1992-ci il təvəllüdlü Abdullayev Murad Zöhrab oğlunu avtomobillə vurduqdan sonra bir neçə bıcaq zərbsi endirib. Əsəbləri soyumayan E.Abdullayev özunə də bıcaq zərbəsi endirib.

Hər iki yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər