Quba rayonunda yol qəzası baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun birinci kilometrliyində qeydə alınıb.
Belə ki, işıqforun işləməməsi səbəbindən "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə zərbənin təsirindən VAZ markalı nəqliyyat vasitəsi aşıb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.