Quba rayonunun İkinci Nügədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Birinci Nügədi kənd sakini, 1988-ci il təvəllüdlü Nurlan Xaləddin oğlu Əlihüseynov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı minik avtomobilini yol kənarında dayanan digər "Mercedes"ə çırpıb.
Nəticədə N.Əlihüseynov qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu ilə Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.