Qubada fəhlə faciəvi şəkildə ölüb

Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59