Qubada elektrik dirəyi aşıb, fındıq bağı yanıb

Video əlavə olunub

18:37

Quba rayonunun Rustov kəndi ərazisində elektrik dirəyinin aşması səbəbindən yanğın baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yanğın nəticəsində 300 kvadratmetr sahədə quru kol-kos sahəsi və vətəndaşa məxsus 30 ədədə yaxın yeni əkilmiş fındıq ağacı yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41