​Qubada birmərtəbəli evdə yanğın olub

Bakı. 5 aprel. REPORT.AZ/ Quba rayonunun Gədikqışlaq kəndində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın olub.

"Report" xəbər verir ki, nəticədə evin tüstü bacasının ətrafı 4 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08