Qubada bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb

Quba. 15 iyun. REPORT.AZ/ Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb.

O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. 

Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib. 

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47