Qubada yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, iyulun 19-u saat 18 radələrində Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri vurub. Xəsarət alan uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.