Qubada avtomobil qadını vuraraq öldürdü

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 20-si saat 19 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02