Quba. 10 may. REPORT.AZ/ Quba rayonunda elektrik kabelini oğurlayan şəxslər tutulublar.
"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 20-də rayon ərazisindəki evlərin birindən 700 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Qalib Əlibəyov və Zöhrab Həsənov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.