Qubada 58 yaşlı kişi bıçaqlanıb

Quba rayonunda baçaqlanma olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Nəbi Camal oğlu Şəfiyev mübahisə zəminində həmkəndlisi Rauf Muradov tərəfindən bıçaqlanıb.

Nəticədə, N.Şəfiyev Boyunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası, traxeyanın zədələnməsi diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54