Qubada 45 yaşlı kişi intihar edib

Quba rayonunda 45 yaşlı kişi intihar edib.

“Report”un xəbərinə görə, hadisə iyunun 8-də rayonun Rustov kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1978-ci il təvəllüdlü Eldəniz Məmmədov yaşadığı evin həyətində olan ağacından özünü asıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47