Quba sakini ehtiyyatsızlıqdan özünü güllələyərək öldürüb

Bakı. 2 yanvar. REPORT.AZ/ Bu axşam 58 yaşlı Quba rayon sakini odlu silah yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinə daxil olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba şəhəri, General Əsədov, 68 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Nəcəfov Yaşar Seyfulla oğlu yaxınları tərəfindən yaşadığı ünvanda yaralı vəziyyətdə tapılıb.

Oğlu Murad Nəcəfov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib. O, öv tüfəngini təmizləyən zaman içində güllə olduğunu bilməyib və atəş açaraq özünü yaralayıb. Hadisə zamanı evdə heç kim olmayıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Yaşar Nəcəfovun həyatını xilas etmək mümkün olmayıb.

Quba Rayon Polis İdarəsində hadisə ilə bağlı cinayət işi açılıb. Rayon Prokurorluğunun əməkdaşları hadisəni araşdırır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36