Quba rayonunda su daşıyan avtomobil qəza törədib - FOTO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Quba rayonunda su daşıyan avtomobil qəza törədib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

Belə ki, sürücü Orxan Seyidovun idarə etdiyi 40-BX-553 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, elektrik dirəyinə çırpılıb. Nəticədə elektrik dirəyi zədələnib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36