Lənkəranda qonşusunun evinə tərəf atəş açan şəxsdən tüfəng götürülüb

Lənkəran rayon sakinindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 16-da Lənkəran rayonunun Parakənd kənd sakini N.Quliyevin həmkəndlisi İ.Mirzəyevin evi istiqamətində tüfəngdən 2 dəfə atəş açması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Quliyevdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər