DYP: "Qobustanda qəzada yaralanan qadının müalicəsi davam etdirilir” - YENİLƏNİB

Qobustanda ağır yol qəzasında yaralan qadının ölüm xəbəri təsdiqini tapmayıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızının müalicəsi davam etdirilir.

10.34

Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd edək ki, mayın 22-də səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47