Qobustan sakini yük avtomobilini təmir edərkən təkərin altında qalaraq ölüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Qobustan rayon sakini yük avtomobilini təmir edərkən təkərlərin altında qalaraq ölüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Biləsuvar rayonunun Səmədabad kəndində Qobustan rayon sakini Əfqan Ağalıyev "Shacman" markalı avtomobili təmir edərkən avtomobilin hərəkətə gəlməsi nəticəsində təkərin altında qalıb. Ə.Ağalıyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39