Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, sel suları fəsadlar törədib

Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

"Report"un Qərb bürosunun məlumatına görə, sel suları Gəncə və Daşkəsəndə bir sıra fəsadlar törədib.

Belə ki, sel nəticəsində 10-dan çox fərdi yaşayış evinə və həyətyanı sahələrə su dolub, daha bir evin hasarı dağılıb

Sel suları və dolu Daşkəsən rayonunun Zivlən kəndində təsərrüfata və əkin sahələrinə ziyan dəyib.

Bu gün eyni zamanda, Göygöl rayon Topalhəsənli kəndindən növbəti dəfə sel keçib. Sel nəticəsində Gəncəçay çayında suyun səviyyəsi artıb.

Hazırda yağıntılı hava şəraiti davam edir.

Digər xəbərlər