Qərargah: Badamdar sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalır.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın saat 21:00-a olan məlumatında deyilir.

Qərargah tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14