Qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb

Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə ötən ilin oktyabr ayından bu il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub. 

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.  

Digər xəbərlər