Qəbələyə ailəsi ilə istirahətə gedən uşaq hovuzda boğularaq ölüb

Qəbələdə 4 yaşlı uşaq hovuzda boğulub.

"Report" xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü qız kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24