Qəbələdə zəlzələ baş verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Qəbələ rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, sentyabrın 6-da yerli vaxtla saat 07:56:07-də Qəbələdən 23 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.2, dərinliyi 10 kilometr olub.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17