Qəbələdə yol-nəqliyyat hadisəsində 50 yaşlı kişi xəsarət alıb

Qəbələdə 50 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Əlli yaşlı Abdulrəhmanov Çingiz Güləli oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb. Müayinə zamanı Ç.Abdulrəhmanova qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Digər xəbərlər