Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26