Qəbələdə toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəbələ şəhər sakini, 1957-ci il təvəllüdlü Mirzəhüseyin Abdukərim oğlu Cəlilov toydan çıxıb yolu keçmək istəyərkən avtomobil onu vurub.

Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37