Qəbələdə sex içərisindəki avtomobillə birgə yanıb

Qəbələdə avtomobil təmiri sexində yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fəaliyyət göstərən, ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13