Qəbələdə orta yaşlı kişini ilan sançıb

Qəbələ. 1 aprel. REPORT.AZ/ Qəbələ rayonunda ilansancma hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin Quşlar kəndində 1985-ci il təvəllüdlü yerli sakin Zülfüqar Lətifovu həyətyanı sahədə ilan sancıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47