Qəbələdə mağazadan 2000 manat pul oğurlanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Qəbələ rayonunda mağazadan 2000 manat pul oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, noyabrın 11-nə keçən gecə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində mağazaların birindən 2000 manat pul oğurlanıb.

Qəbələ rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuşlar Cavidan Məhiyəddinli və Nemət Alcanov saxlanılıblar.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41