Qəbələdə istirahət mərkəzində işləyən gənc özünü asıb

Qəbələ. 9 avqust. REPORT.AZ/ Qəbələ şəhərində yerləşən istirahət mərkəzlərinin birində intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, oradakı "Xanlar" istirahət mərkəzində işləyən Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Mahir oğlu Mahmudov istirahət mərkəzinin arxasında yerləşən yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37