Qəbələdə həmyerlisinin pulunu zorla alan şəxs tutulub

Bakı. 9 mart. REPORT.AZ/ Qəbələ rayonunda həmkəndlisinin pulunu zorla alan şəxs tutulub.

DİN-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, martın 6-da, saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanılıb. 

Ondan 119,6 qram marixuana da götürülüb.

Digər xəbərlər