Qəbələdə güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyü avtomobilin üzərinə aşıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyünün avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39