Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26