Qəbələdə avtomobil məktəblini vurub

Qəbələ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şagird Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44