Qəbələ sakinindən sənədsiz ov tüfəngləri götürüldü

Qəbələ rayonunda  müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları keçirib. 

Daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abrıx kənd sakinləri Z.Ağakərimovdan və T.Mustafayevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Digər xəbərlər