Qazaxıstanda soyğunçuluq edən şəxs Bakıda saxlanılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda axtarışda olan şəxs tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Hüseynov adlı şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan şəxs Qazaxıstanda soyğunçuluq etdiyinə görə axtarışda olub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47