Qazaxıstan vətəndaşını Bakıda avtomobil vuraraq öldürüb

Bakıda Həsən Əliyev küçəsində yol qəzası nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb.

“Report” xəbər verir ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə piyada zolağından yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.

Piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cimayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47