Qazaxıstanda üzərində döyüş sursatı olan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Qazaxıstanın Sərhəd Mühafizə Xidməti Qırğızıstanla sərhəddə üzərində döyüş patronu olan Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, dünən axşam saatlarda saxlanılan azərbaycanlının üzərinə baxış keçirən zaman 5 ədəd 7,62 mm kalibrli döyüş patronu aşkar edilib.

Saxlanılan şəxs Daxili İşlər Nazirliyinin Korday rayon şöbəsinə təhvil verilib. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47