Qazaxda və Şəmkirdə itkin düşən şəxslər tapılıb

Qazax və Şəmkir rayonlarında itkin düşən iki nəfər tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşmüş Qazax rayon sakini M. İsayeva (16.04.2024-də itkin düşüb) və Şəmkir rayon sakini H. Əlizadənin (14.05.24- də itkin düşüb) yeri müəyyən edilərək tapılıb və ailələrinə təhvil verilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02