Qazaxda pirotexnik vasitə partladan 2 nəfər xəsarət alıb

Qazax rayonunda 2 nəfər ehtiyatsızlıqdan xəsarət alıblar.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, müxtəlif yerlərdə pirotexnik vasitəni partladan 2 nəfər, Tural Əzizov və Vüqar Qurbanov əllərindən xəsarət alıblar.

Xəstəxanaya müraciət edən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38