Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var  

Qazaxda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobilin TIR yük maşınına çırpılması nəticəsində, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Məmmədov və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. Hər iki yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14