Qazax rayonunda itkin düşən 13 yaşlı oğlan tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 2006-cı il təvəllüdlü Rəvan Anar oğlu Sadıqov Tovuz rayonunda yaşayan tanışının yanına qonaq getdiyini bildirib.
O, mobil telefonunda yaşanan texniki problemlə əlaqədar olaraq ailəsi ilə əlaqə saxlaya bilmədiyini qeyd edib.
***15:57 - 27.09.2019
Qazax rayonunda 13 yaşlı oğlan itkin düşüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, sentyabrın 26-sı səhər saatlarında Qazax şəhər sakini, 2006-cı il təvəllüdlü Rəvan Anar oğlu Sadıqov yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb. Onu görənlərdən 0222951497, 055-335-29-55 telefon nömrələrinə və Daxili İşlər Nazirliyinin "102" Zəng Xidməti Mərkəzinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, R.Sadıqovun sağ əlinin üstə yanıq əlaməti var.